Azərbaycan idmançısı Portuqaliyada qazandığı pulu Ukrayna ordusuna göndərdi

Azərbaycan idmançısı Portuqaliyada qazandığı pulu Ukrayna ordusuna göndərdi

Azərbaycan karateçisi İrina Zaretska Portuqaliyanın Matozinyuş şəhərindəki Karate1 Premyer Liqa turnirində qazandığı məbləği Ukrayna ordusuna bağışlayacağını açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, o, bu barədə Beynəlxalq Karate Federasiyasının saytına açıqlamasında bildirib.

“Bu turnirdə mən nə özüm üçün, nə də ölkəm Azərbaycan üçün mübarizə aparmıram. Mən həmçinin doğulduğum Ukrayna üçün döyüşürəm. Buna görə də burada qazanacağım pulun hamısını Ukrayna ordusunun müharibədə vuruşmasına kömək üçün verəcəm. Hər bir töhfə kömək edir”, - Zaretska deyib.

Qeyd edək ki, İrina Zaretska yarışın finalında italiyalı Silvia Semeraroya uduzaraq gümüş medal və 500 avro pul mükafatı qazanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1319 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...