Feyziyevi məhkəməyə verdilər

Feyziyevi məhkəməyə verdilər
Milli Məclisin deputatı Cavanşir Feyziyev barəsində cinayət işinin başlanılması üçün məhkəməyə müraciət edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə "e-məhkəmə" portalında məlumat yerləşdirilib. Millət vəkili barəsində Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə (Böhtan) cinayət işinin başlanılması istənilir.
Məhkəmə prosesi fevralın 17-də Səbail Rayon Məhkəməsində keçiriləcək və prosesə hakim Azər Tağıyev sədrlik edəcək.
Qeyd edək ki, London məhkəməsində deputat Cavanşir Feyziyevin ailəsinə məxsus 5,6 milyon funt-sterlinqin müsadirə edilməsindən sonra vu ölkə mətbuatında geniş müzakirələrə səbəb olmuşdu. Bundan sonra millət vəkili feysbukda status yazaraq tanınmış jurnalistləri, siyasi və ictimai xadimləri təhqir etmişdi. Daha sərt tənqidlə qarşılaşan C.Feyziyev yazdığı statusu silmiş və Mətbuat Şurasının İdarə Heyətindən istefa vermişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
821 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...