Fazil Mustafaya hücum edənlərdən nə xəbər var...

Fazil Mustafaya hücum edənlərdən nə xəbər var...
Millət vəkili Fazil Mustafaya qarşı baş verən silahlı hücümla bağlı cinayət işinin istintaqı davam edir. Bu barədə Modern.az-a Fazil Mustafanın özü məlumat verib.

“Cinayət işinin istintaqı hələ tamamlanmayıb, məhkəməyə təqdim olunmayıb. Araşdırmalar hələ davam edir, cəza təyin olunmayıb. Hələ ki, mövzuda heç bir müzakirə aparılmır”. Qeyd edək ki, martın 28-də saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fazil Mustafaya yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Cinayət işi çərçivəsində bir neçə şəxs həbs olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
530 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...