Bakıda “Hermes” restoranında hesab üstündə insident - 2 nəfər həbs edildi

Bakıda “Hermes” restoranında hesab üstündə insident -
Oktyabrın 12-də Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Hermes” restoranında insident baş verib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, restoranda müştərinin hesabı ödəməkdən imtina edərək mübahisə yaratması barədə polisə məlumat daxil olub.

Həmin şəxs - 2002-ci il təvəllüdlü N.Ə. polis orqanına dəvət edilib. Həkim müayinəsindən keçirilərkən onun spirtli içkinin təsiri altında olması müəyyən olunub.

N.Ə. və tanışı 27 yaşlı M.M. intizamsızlıq nümayiş etdirib, ictimai qaydanı kobud şəkildə pozaraq polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayıblar.

Onların hər ikisi barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokollar tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.


Məhkəmənin qərarı ilə N.Ə. 8 sutka, M.M. isə 15 sutka inzibati qaydada həbs ediliblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
469 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...