Beynəlxalq axtarışa verilmişdi, tutulub Azərbaycana gətirildi

Beynəlxalq axtarışa verilmişdi, tutulub Azərbaycana gətirildi
Baş prokurorluğun vəsatəti əsasında Gürcüstanın Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında”22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Mürşüdlü Vüsal Yasin oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.

Gundeminfo.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, Yasamal rayon polis idarəsində istintaq olunan cinayət işi üzrə Vüsal Mürşüdlünün Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək beynəlxalq axtarışa verilib.

Vüsal Mürşüdlü Gürcüstan ərazisində saxlanılaraq 24.10.2023-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Qeyd edək ki, Vüsal Mürşüdlü daha əvvəl xeyli müddət “Azərsu” ASC-də çalışıb. O, daha sonra tikinti işləri ilə məşğul olub və bir neçə nəfərdən tikinti məqsədilə xeyli pul alıb vədinə əməl etməmə ittihamı ilə barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə iş açılıb. İstintaq müddətində V.Mürşüdlünün ölkəni tərk etdiyi üzə çıxıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
525 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...