Saatlıda oğlu ilə avtoqəzaya düşən ana xəstəxanada ölüb

Saatlıda oğlu ilə avtoqəzaya düşən ana xəstəxanada ölüb
Saatlıda baş verən ağır yol nəqliyyat hadisəsi ölümlə nəticələnib.

"Report"un məlumatına görə, oktyabrın 24-də Saatlı rayonu, Qara Nuru kəndində avtomobil yolunda qeydə alınıb.

Belə ki, 23 yaşlı Saatlı rayonu, Məmmədabad kənd sakini Emil Astanov nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, sərxoş vəziyyətdə, etibarnamə əsasında idarə etdiyi "VAZ- 21063" markalı avtomobili idarə edərkən idarəetməni itirməklə yol kənarındakı binaya dəyməsi nəticəsində avtomobildəki sərnişin, Emil Astanovun anası - 1959-cu il təvəllüdlü Aybəniz Astanova ağır xəsarət alıb.

Yaralı aldığı xəsarətlərdən noyabrın 1-də Bakı şəhəri Kiliniki Tibbi Mərkəzdə ölüb.

Faktla bağlı Saatlı RPŞ-nin İB-də Cinayət məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaqı aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
379 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...