Azay Kərimov: Tutulan 337 erməninin arasında Vaqif Xaçatryan da var idi
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmədə şahid qismində ehtiyatda olan polkovnik Azay Kərimov ifadə verib.
APA-nın xəbərinə görə, şahid bildirib ki, Vaqif Xaçatryanı tanıyır: "Mən hərbçi olmuşam. 1990-cı il 20 yanvardan sonra baş leytenant kimi SSRİ ordusundan Azərbaycana qayıtmışam. Şuşada polisdə çalışmağa başladım. Artıq Qarabağda da münaqişə başlamışdı. Koçaryan, Sarkisyan, Vitali Balasayan erməniləri qızışdırırdılar, mitinqlərə çıxarırdılar. Koçaryanın komandası mitinqə qoşulmayan, əlinə silah almayan erməniləri ölümlə hədələyir, onlara qoşulmayanların ailəsindəki qızları zorlayırdılar. İkinci bir komanda da var idi, onlar isə səngərdən qaçan erməniləri öldürürdü.
Vaqif Xaçatryan isə Şuşada saxlanılıb. Mən işlədiyim dövrdə 337 erməni tutulmuşdu. Saxlanılanlar arasında Vaqif də var idi. Biz onunla birlikdə 4 nəfəri tutmuşduq. Bir-iki ay saxladıq, sonra damarını dişi ilə deşdi. Xəstəxanaya apardıq, tikiş atdıq. Sonra bir yol tapıb çıxdı".
Şahid deyib ki, münaqişə zamanı Malıbəyli batalyonuna rəhbərlik edib: “Hadisə günü oradan Meşəliyə getdim. Hadisəni törədən şəxslərə qarşı tədbirlər həyata keçirmişik. Kəndə çatanda 11 erməni kəndi qarət edirdi. Biz onlara zərərsizləşdirdik və ərazidən çıxartdıq”.
Azay Kərimov Samvel Babayan, Qərib adlı şəxs və digərlərinin azərbaycanlılara qarşı ən ağır cinayətlər törətdiyini bildirib: “Vaqif kimlər erməniləri məcbur ediblər ki, azərbaycanlılara qarşı cinayət törətsinlər. Samvel Babayan bir nömrəli adam idi. Onu Şuşada saxlamışdıq, 9 ay həbsxanada qaldı. Lakin bir yol tapıb məhkəmədən azadlığa çıxdı. Mən polkovnikəm, yalan danışmaram".
Vaqif Xaçatryan şahidi tanıdığını bildirib. Deyib ki, ermənilərə qarşı keçirilən əməliyyatlara Azay Kərimov rəhbərlik edib: "Mən tutulmuşam, Şuşada iki ay saxlanmışam, sonra ağır xəstələnmişəm. İki-üç il müalicə aldım".
Azay Kərimov deyib ki, Xaçatryan saxlanılan zaman onu tanıyıb: "İstintaqı aparan qurumdan zəng gəldi, dedim ki, onun qolunda iz var. Müstəntiqə dedim ki, Şuşada Vaqif damarını doğrayıb, ondan izi qalıb. Burda çox şeyi danışmaq düzgün deyil. Bu hospitalda olanda üzləşdik. Özü Azərbaycan dulində bilmədiyi deyirdi. Halbuki, Azərbaycan dilini bizdən yaxşı bilir. Sonra istintaq təcridxanasında axır ki, üzləşən zaman mənimlə Azərbaycan dilində danışdı".
624 dəfə oxundu