Azərbaycanlı iş adamının obyektləri partladıldı

Azərbaycanlı iş adamının obyektləri partladıldı


Ukraynanın Donetsk vilayətinin Pokrovsk (keçmiş Krasnoarmeysk) şəhərində “Azərbaycan” Cəmiyyətinin sədri, iş adamı Şahin Bəylərova məxsus bir neçə obyekt - mağaza, kafe, avtoyuma və avtomobillər naməlum şəxslər tərəfindən partladılıb.

AzVision.az ANS press-ə istinadən xəbər verir ki, Ş. Bəylərov açıqlama verərək bildirib ki, hadisə gecə saatlarında baş verdiyi üçün insan tələfatı yoxdur.Partlayış nəticəsində obyektlər tamamilə yararsız hala düşüb, ikisi Ş. Bəylərova məxsus olmaqla, dörd avtomobil sıradan çıxıb.

Partlayış kənardan idarə olunan qurğu ilə törədilib. Hadisənin kimlər tərəfindən törədildiyi hələlik bilinmir, yerli polis araşdırma aparır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
900 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...