Azərbaycandan gedən erməniyə ittiham elan edildi

Azərbaycandan gedən erməniyə ittiham elan edildi


17 yaşlı qızı öldürməkdə təqsirkar bilinən Azərbaycandan əsirlikdən qayıdan Ermənistanın Tavuş vilayətinin sakini Arsen Xocayana ittiham elan edilib. Modern.az Ermənistan mediasına istinadən bildirir ki, İstintaq Komitəsindən verilən məlumata görə, iyunun 24-də yerli vaxtla saat 20:55-də Verin Karmiraxpyur kəndinə gedən yolun kənarında bədənində çoxsaylı bıçaq xəsarətləri olan 17 yaşlı qız aşkarlanıb.

O, “Berd” tibb mərkəzinə çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. İstintaq zamanı müəyyən edilib ki, iyunun 24-də axşam qız Berd kəndindən taksi ilə Arsen Xocayanın təşkil etdiyi kampaniyada iştirak etmək üçün Verin kəndinə gedib. Kəndə çatmamış onlar avtomobildən düşərək piyada gediblər. İlkin məlumata görə, Arsen içkili olduğundan özünə gəlmək üçün piyada gəzişmək istəyib.

Yolda gənclər arasında mübahisə düşüb və Arsen qıza bıçaqla çoxsaylı xəsarət yetirib. Arsen Xocayan martın 7-də əsir düşüb, 2014-cü il aprelin 10-da azad edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
869 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...