Bakı aeroportuna gedənlər itlərlə yoxlanılır

Bakı aeroportuna gedənlər itlərlə yoxlanılır

Türkiyənin Atatürk Hava Limanında 36 nəfərin həlak olması, 140-dan çox insanın yaralanması ilə nəticələnən terror hadisəsindən sonra Bakıda Heydər Əliyev Hava Limanında da təhlükəsizlik tədbirləri gücləndirilib.

Anspress bildirir ki, Daxili İşlər Naziliyinin əməkdaşları hava limanı ərazisinə daxil olan bütün maşınları xüsusi təlim görmüş itlərlə yoxlamadan keçirirlər.

Xarici uçuşların hayata keçirildiyi terminalda uçuş üçün biletləri olmayan şəxslərin binaya daxil olmasına icazə verilməyib. Hətta yaxınlarını qarşılamaq istəyənlər də hava limanına buraxılmayıblar. Hava limanına yalnız sərnişinlər - bilet və xarici pasport təqdim edildikdən sonra buraxılırlar.

Bu cür ciddi yoxlamalar bir neçə gün davam edəcək və yaxınlarını qarşılamaq istəyən insanlar belə içəri buraxılmayacaqlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1332 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...