3 ay əvvəl girov götürülmüş azərbaycanlı iş adamı azad olunub

3 ay əvvəl girov götürülmüş azərbaycanlı iş adamı azad olunub

Ukraynada 3 aya yaxındır girov götürülmüş azərbaycanlı iş adamı azad olunub. Məlumata görə, bu şəxs Gürcüstanda doğulmuş Sədiyar adlı Azərbaycan vətəndaşıdır. Uzun müddətdir Ukraynada biznes fəaliyyəti ilə məşğul olan iş adamı Kiyevdə gündüz saatlarında ailəsi ilə restorana girərkən maskalı şəxslər tərəfindən qaçırılıb. Onun hansı yolla azad olunduğu təhlükəsizliyi baxımından açıqlanmır.

Azərbaycanın Ukraynadakı səfirliyindən isə istər bu hadisə, istərsə də son günlər bu ölkədə hücuma məruz qalan azərbaycanlı iş adamları ilə bağlı məlumat almaq mümkün olmayıb. (APA)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
916 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...