Qaynını öldürmək istədi, 14 il cəza aldı, hökmdən narazıdır
Bakı Apellyasiya Məhkəməsində qaynını öldürməyə cəhddə ittiham olunan Ağakişi Hüseynovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışs iyulun 14-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2015-ci ilin iyul ayında Qobustan qəsəbəsində baş verib. İttihama görə, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü A.Hüseynov ailə münaqişəsi zəminində qaynı Bəxtiyar Mahmudova çoxsaylı bıçaq xəsarətləri yetirməklə onu öldürmək istəyib. Yaralı B.Mahmudov Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində A.Hüseynov saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd, xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Hüseynov 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
958 dəfə oxundu