Toydan çıxan oğlan ölümcül döyüldü – Azərbaycanda kütləvi dava oldu

Toydan çıxan oğlan ölümcül döyüldü –

Ağstafa rayonunda kütləvi dava olub, toydan çıxan 27 yaşlı oğlan ölümcül döyülüb.

Gundeminfo.az "report.az”a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Göycəli kəndində baş verib. Toy mərasimindən çıxan, 1991-ci il təvəllüdlü Nurlan Mahir oğlu Haqverdiyev yolda tanımadığı şəxslər tərəfindən ölümcül döyülüb.

Kütləvi dava zamanı onunla bərabər Qazax rayon Cəfərli kənd sakini, 1988-ci il təvəllüdlü Qaramollayev Elmir Mayıl oğlu da döyülüb.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onlardan N.Haqverdiyevin vəziyyətinin ağır olduğu bildirilir. O, boğazından aldığı zərbədən nəfəs almaqda çətinlik çəkdiyi deyilir.

Faktla bağlı araşdırmalara başlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
816 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...