DTX-dakı cinayət işini həll edəcəyini deyib 60 min alan şəxsə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan İbrahim Babaşovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Gundeminfo.az APA-ya istinadla xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə İbrahim Babaşov 7 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, İbrahim Babaşov Şahin Hüseynov və Emin Əsədova qarşı dələduzluq edib.
Belə ki, Şahin Hüseynov və Emin Əsədovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi olub. İbrahim Babaşov isə bu işə xitam verdirəcəyi vədi ilə adı çəkilən şəxslərdən pul alıb. Şahin və Emin ölkə ərazisinə idmançıların istifadə etdiyi dərmanları qanunsuz olaraq gətirməkdə, qaçaqmalçılıqda ittiham olunublar.
İttihamda göstərilir ki, İbrahim Babaşov Şahin Hüseynovdan 49 700 manat, Emin Əsədovdan isə 10 min manat pul alıb. Lakin vədinə əməl etməyərək həmin şəxsləri aldadıb və aldığı vəsaiti şəxsi ehtiyaclarına xərcləyib.
1074 dəfə oxundu