"150 min lirəlik qızıl, 1500 avro pul..." - Azərbaycanlı dayə Türkiyənin tanınmış ailəsini belə QARƏT ETDİ

"150 min lirəlik qızıl, 1500 avro pul..." -

Türkiyənin tanınmış ailəsi – Fenerbahçe klubunun sabiq rəhbəri, mərhum Metin Aşıkın oğlu Murad Aşık və Gökçen Paprika cütlüyü iki aylıq əkiz övladlarına baxması üçün hələlik adı açıqlanmayan azərbaycanlı dayə ilə anlaşıb. Lakin dayə tanınmış cütlüyə şok yaşadıb.

Gundeminfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Murad Aşık dayəni məsləhətçi şirkətlərdən birinin vasitəsilə işə götürüb.

Dayə işə başlayıb, bir neçə gündən sonra isə Gökçen Paprika qızıl dəstlərinin və pullarının oğurlandığından xəbər tutub. Ailə dayə ilə bağlı araşdırma aparıb və dayənin saxta referansla çalışdığını öyrənib.

Bundan sonra dayədən işdən ayrılması tələb edilib, ona bildirilib ki, çalışdığı müddətin haqqı kart hesabına köçürüləcək. Dayə isə otaqlardan birinə girərək qapını arxadan kilidləyib. “Qapını kilidləyərək qızına zəng vurdu və “burda məni döyürlər, yardım edin” deyə qışqırmağa başladı. Onun hərəkətlərindən şoka düşdük və polisə məlumat verdik. Polisi görən kimi özünü yerə çırpdı, mənim şizofren xəstəsi olduğumu dedi. Qadının şikayəti ilə əvvəlcə polisə, sonra xəstəxanaya getdik. Dayənin ona xəsarət yetirməyimizlə bağlı iddiası təsdiqini tapmadı”, gənc ana başına gələnləri danışıb, əlavə edib ki, nişan üzüyü də daxil olmaqla 150 min TL dəyərində qızıl dəstləri yoxa çıxıb, həmçinin 1500 avro pulu itib. Ailə dayə və şirkət tərəfindən təhdid mesajları aldığını da bildirib. Buna görə də həm dayə, həm də şirkətə qarşı maddi və mənəvi zərərin ödənilməsinə dair iddia qaldırılıb./virtualaz/



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
896 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...