Pulun üstünə tüpürərək ödəniş edən gənc polisə çağırıldı - VİDEO

Pulun üstünə tüpürərək ödəniş edən gənc polisə çağırıldı -

“Pul nişanına hörmətsizlik edən şəxs müəyyən olunaraq, polis orqanına çağırılıb”.

Gundeminfo.az-a bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, paytaxt sakini Etibar İskəndərovla profilaktiki söhbət aparılmaqla, bu əməlin neqativ hərəkət olması diqqətinə çatdırılıb:

“Etibar İskəndərov bu əməlindən peşman olduğunu bildirib, sosial şəbəkələrdə yayılan həmin görüntülərə görə üzrxahlıq edib”.
Qeyd edək ki, dünən sosial şəbəkələrdə gənc oğlanın pulun üzərinə tüpürməsi ciddi müzakirələr səbəb olub. Gənc oğlan marketlərdən birində ödəmə terminallarına yaxınlaşıb ödəniş edir. Lakin o, ödəniş etməzdən əvvəl əsginasın üzərinə tüpürür və bunu kameraya göstərib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1980 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...