Lənkəran Məşğulluq Mərkəzinin sabiq direktoru 46 min manatlıq mənimsəmədə təqsirləndirilir

Lənkəran Məşğulluq Mərkəzinin sabiq direktoru 46 min manatlıq mənimsəmədə təqsirləndirilir

Lənkəran rayon Məşğulluq Mərkəzinin sabiq direktorunun məhkəməsi başlayır.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Lənkəran rayon Məşğulluq Mərkəzinin sabiq direktoru Rahib Quliyev və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı aparılıb.

İbtidai istintaqla Rahib Quliyevin qeyd olunan vəzifədə işləyərkən Dövlət Məşğulluq Xidmətinin digər vəzifəli şəxsləri və qeyriləri ilə qabaqcadan əlbir olub qurumda işsiz kimi qeydiyyata alınmış şəxslərə verilməsi üçün nəzərdə tutulmuş məhsulların alınması ilə bağlı heç bir tender və kotirovka keçirilmədən müvafiq rəsmi sənədləri saxtalaşdıraraq 29 nəfər işsiz vətəndaş üçün dövlət büdcəsindən ayrılmış 145 min manat məbləğində vəsaitin faktiki olaraq 99 min manat hissəsini ödəyib qiymətlərin şişirdilməsi yolu ilə 46 min manat məbləğində dövlət vəsaitini israf etməsinə, həmin hərəkətləri ilə müvafiq sahədə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.

Rahib Quliyevə Cinayət Məcəlləsinin 179.2.1 (mənimsəmə və ya israf etmə- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 179.2.3 (mənimsəmə və ya israf etmə- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (mənimsəmə və ya israf etmə- xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Lənkəran rayon məhkəməsinə göndərilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
945 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...