Prokurorun sabiq icra başçısına istədiyi cəza bəlli oldu

Prokurorun sabiq icra başçısına istədiyi cəza bəlli oldu

Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev, Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Əli Rüstəmov və Razin Qəhrəmanovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Gundeminfo.az APA-ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında təqsirləndirilən şəxslərə verilən ittihamın dəlil və sübutlarla, həmçinin şahid ifadələri ilə sübuta yetirildiyini qeyd edərək təqsirləndirilən şəxslər - Məharət Musayev və Əli Rüstəmovun 6 il, Razin Qəhrəmanovun isə 5 müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd olunub ki, Razin Qəhrəmanov barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri ləğv edilməli, məhkəmə zalında həbs olunmalıdır.

Vəkillər müdafiə çıxışı üçün vaxt istəyiblər.

Növbəti proses yanvarın 10-na təyin olunub.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətində işləmiş vəzifəli şəxslərlə bağlı əməliyyat keçirib. Əməliyyat zamanı şəhərin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi vəzifəsində çalışmış Ə. Rüstəmov və Gəncə Şəhər Nizami Rayon İcra hakimiyyətinin keçmiş başçısı M. Mustafayev saxlanılıb.

Həmin şəxslərin barəsində Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərini aşma), 178.3.2-ci (dələduzluq), 178.2.4, 178.2.2, 178.2.3-cü, 311.3.1-ci (rüşvət alma), 311.3.1, 311.3.2, 312.2-ci (rüşvət vermə), 314-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) maddələri ilə ittiham irəli sürülərək barələrində həbs-qətimkan tədbiri seçilib.

Vəzifə cinayətlərinin törədilməsində iştirak edən Razin Qəhrəmanov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
917 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...