Vaskin sertifikatlarını saxtalaşdıran tibbi qardaşına cinayət işi açıldı

Vaskin sertifikatlarını saxtalaşdıran tibbi qardaşına cinayət işi açıldı
“Qobustan rayon mərkəzi xəstəxanası” PHŞ-nin Çalov kənd tibb məntəqəsində bəzi şəxslərə “COVİD-19” əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılmışdır.

Preokurorluqdan verilən məlumata əsasən araşdırmalarla qeyd edilən tibb məntəqəsində tibb qardaşı işləyən Valeh Əhmədov tərəfindən Çalov kəndində yaşayan bir neçə şəxsin vaksin olunmadıqları halda III doza vaksin olunmaları ilə bağlı rəsmi sənədlərə müvafiq qeydlərin edilməklə həmin məlumatların elektron məlumat bazasına yerləşdirilməsinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə Qobustan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
788 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...