"Müharibə veteranı" adı və vəsiqəsi alacaq şəxslərin siyahısı hazırlanır

"Müharibə veteranı" adı və vəsiqəsi alacaq şəxslərin siyahısı hazırlanır
"Müharibə veteranı" adı və vəsiqəsinin kimlərə verilməsi ilə bağlı siyahının hazırlanması vaxt tələb edir. Aidiyyəti dövlət qurumlarının hamısına siyahının hazırlanması barədə göstəriş verilib.

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov brifinqdə deyib.

Onun sözlərinə görə, siyahının nə zaman alt-sistemə daxil edilməsindən asılı olmayaraq ödənişlər gələn il yanvarın 1-dən hesablanacaq.

Qeyd edək ki, “Müharibə veteranı” adı və vəsiqəsi verilən və aidiyyəti qurumlar tərəfindən “Zəfər” altsisteminə daxil edilən şəxslərə gələn ilin yanvar;n 1-dən Prezidentin aylıq təqaüdü (80 manat) təyin olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1448 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...