Bakıda qəza törədən avtobuslar hansı şirkətlərə məxsusdur? (AÇIQLAMA)

Bakıda qəza törədən avtobuslar hansı şirkətlərə məxsusdur?

Bakı Nəqliyyat Agentliyi (BNA) Suraxanı dairəsində 3 avtobusun toqquşmasına münasibət bildirib.

Qaynarinfo xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev açıqlamada deyib:

"06.01.22-ci il tarixində Suraxanı qəsəbəsi Zığ şosesində 104, 113 və 217 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəzarətə götürülərək müvafiq araşdırma aparılıb. Marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti göstərən "BUS TRANS" MMC", "Transkontrol" MMC və "Azlənd Plaza" MMC-nin məsul şəxsləri Bakı Nəqliyyat Agentliyinə çağırılaraq izahatları alınıb.

Məlumat üçün bildiririk ki, hadisə nəqliyyat vasitələrinin reysə başlanma vaxtından əvvəl qeyd alındığından avtobuslarda sərnişin olmayıb.

"Azlənd Plaza" MMC müvəqqəti istismarında olan 217 nömrəli marşrutun sürücüsü xəsarət alıb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
650 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...