Ermənistan ordusunun daha bir əsgəri öldü

Ermənistan ordusunun daha bir əsgəri öldü

Ermənistan-Azərbaycan dövlət sərhəddinin Kəlbəcər rayonu istiqamətində baş verən toqquşmada Ermənistan ordusunun daha bir hərbi qulluqçusu ölüb.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, düşmənin hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü Vahan Babayanın meyiti ölümcül güllə yarası ilə aşkar edilib.

Məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti də təsdiqləyib.

Xatırladaq ki, daha əvvəl Kəlbəcər istiqamətində baş verən dünənki toqquşmada Ermənistan ordusunun iki hərbi qulluqçusunun - Artur Mxitaryan və Rudik Qaribyan da öldüyü qeyd olunmuşdu.

Daha iki erməni hərbçinin yaralandığı bildirilib.

Qeyd edək ki, ötən gün Ermənistan Silahlı Qüvvələrinin başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.

Təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgəri Nəzərov Ayaz Azər oğlu şəhid olub.

Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində qarşı tərəf itki verərək geri çəkilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
550 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...