Gəncədə sevgilisini öldürüb zibilliyə atan şəxsə hökm oxundu
Gəncədə sevgilisini öldürməkdə təqsirləndirilən Sərdar Cəfərova hökm oxunub və o, 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
“Report”un məlumatına görə, bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Qeyd edək ki, hadisə 2021-ci il fevral ayının 19-da Gəncə şəhəri ərazisində qeydə alınıb.
Belə ki, şəhər sakini, 2002-ci il təvəllüdlü Musayeva Pərvin Xəqani qızının itkin düşməsi ilə bağlı Gəncə Şəhər Nizami Rayon Polis İdarəsinə məlumat daxil olub.
Daha sonra məlum olub ki, gənc qız qətlə yetirilib.
Araşdırmalarla P.Musayevanın sevgilisi, 2001-ci il təvəllüdlü Cəfərov Sərdar Saləddin oğlunun həmin tarixdə özünə məxsus avtomobildə qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı onu boğaraq öldürüb.
Daha sonra o, meyiti Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən məişət tullantılarının atıldığı əraziyə atıb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
S.Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
637 dəfə oxundu