“Gilan Holdinq”ə bağlı daha 2 şirkət məhkəməyə verildi

“Gilan Holdinq”ə bağlı daha 2 şirkət məhkəməyə verildi
“Delarosa Consulting” MMC “GP Alpha Greenhouse” MMC və “Hajigabul Greenhouse” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iclaslarının bu gün – 21 yanvar tarixində Bakı Kommersiya Məhkəməsinin hakimləri Fərrux Qasımov və Kənan Hüseynovun sədrliyilə baş tutacağı bildirilib.


Açıqlanan məlumatda qeyd olunur ki, məhkəmə iddiaları alıq-satqı müqaviləsi üzrə mübahisəyə görə qaldırılıb.

Məlumat üçün bildirək ki, həm “GP Alpha Greenhouse” MMC, həm də “Hajigabul Greenhouse” MMC vaxtı ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olan “Gilan Holdinq”ə bağlıdır.

“GP Alpha Greenhouse” MMC 05.05.2016-ci il tarixində Heydər Əliyev pr. 95 ünvanında, “Hajigabul Greenhouse” MMC isə 26.12.2016-cı il tarixində Nərimanov pr, ev 206, m.466 ünvanında dövlət qeydiyyatına alınıb.

Onu da bildirək ki, bu, Kəmaləddin Heydərova yaxınlığı ilə bilinən şirkətlərə qarşı qaldırılan ilk məhkəmə iddiaları deyil. Son zamanlar Heydər Əliyev pr. 95 və Nərimanov pr, ev 206, m.466 ünvanında dövlət qeydiyyatına alınan şirkətlərə qarşı çoxsaylı məhkəmə iddiaları qaldırılır.

Hətta, bu yaxınlarda “Aqro İnvestor LTD” MMC adlı şirkət aldığı kübrənin pulunu vaxtında qaytarmadığını iddia edərək Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərovu da məhkəməyə verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
748 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...