Qazaxıstan MTK-nin keçmiş sədri və müavini həbs olunub
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri Kərim Məsimov və sabiq müavini Anuar Sadıkulov barəsində həbs qətimkan tədbiri seçilib.
“Report” xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsindən “RİA Novosti”yə bildiriblər.
K.Məsimov və A.Sadıkulov Cinayət Məcəlləsinin dövlətə xəyanət və hakimiyyətin güc yolu ilə ələ keçirilməsinin qarşını almaq istiqamətində fəaliyyətsizlikdə ittiham olunurlar.
Qeyd edək ki, K.Məsimov yanvarın 8-də saxlanılıb. MTK-nın Xüsusi təyinatlılar xidmətinin rəisi Anuar Sadıkulovla yanaşı komitə sədrinin digər müavini Daulet Yerqojin də tutulub.
Xatırladaq ki, yanvarın 2-də Qazaxıstanın bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib. Etirazlar bir neçə gün sonra iğtişaşlara və talanlara çevrilib. Hadisələr ölkənin bir çox şəhərlərində, ilk növbədə Almatıda polisə, hərbçilərə və hakimiyyət orqanlarına hücumlarla müşayiət olunub. Toqquşmalar zamanı minlərlə insan yaralanıb. Prezident Kasım-Jomart Tokayevin müraciətindən sonra KTMT ölkələri Qazaxıstana sülhməramlılar göndərib. Hakimiyyət orqanlarının məlumatına görə, bütün bölgələrdə konstitusiya quruluşu bərpa olunub. KTMT-nın sülhməramlıları yanvarın 19-da Qazaxıstanı tərk edib.
578 dəfə oxundu