Gəncədə marketin divarını söküb 60 min manata yaxın pul apardılar - AÇIQLAMA

Gəncədə marketin divarını söküb 60 min manata yaxın pul apardılar -

Gəncə şəhəri, Atatürk prospektində supermarketdən 60 minə yaxın pul oğurlanıb. Oxu.Az-ın məlumatına görə, maskalı naməlum şəxslər marketin divarını sökərək pulları oğurlayıblar.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb:

“Araşdırmalar aparılır. Hazırda şübhəli şəxslərin kimliyinin müəyyən olunaraq istintaqa təhvil verilməsi istiqamətində zəruri əməliyyat tədbirləri davam etdirilir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
633 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...