İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alındı - FOTO

İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alındı -

İrandan Azərbaycana 9 kiloqram narkotikin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, fevral ayının 2-də saat 01:50 radələrində Biləsuvar rayonunun Biləsuvar şəhəri yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 nəfər naməlum şəxsin şübhəli davranışı və ətrafı müşahidə etməsi sərhəd nar­yadının diqqətini cəlb edib.

Şübhəli şəxs ərazidən bağlama götürərək hadisə yerin­dən uzaqlaşmağa cəhd edib, sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən qaçmağa çalışarkən saxlanılıb.

Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Əsgərov Ümid Nadir olması müəyyənləşdirilmiş şəxsin əlindəki bağlamaya baxış zamanı içərisində təxmini çəkisi 8 kiloqram 800 qram (7 900 qram marixuana, 900 qram kakos) narkotik vasitəsinə bənzər maddələr aşkar olunaraq götü­rülüb.
İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alındı -

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
653 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...