Rasim Məmmədov barəsində qərar verildi

Rasim Məmmədov barəsində qərar verildi
Fevralın 3-də Sumqayıt şəhərində saxlanılan Rasim Məmmədov barəsində məhkəmə qərar verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən saxlanılan Rasim Məmmədov Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham edilib. İstintaq onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Sumqayıt şəhər Məhkəməsinə təqdimat verib.

Məhkəmə istintaqın təqdimatını təmin edərək Rasim Məmmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Hazırda cinayət işinin istintaqı davam etdirilir.

İttihama görə, vətəndaş Rasim Məmmədov 2021-ci il sentyabrın 17-də Sumqayıt şəhərində yerləşən “Azmetal” MMC-yə gələrək heç bir əsaslı səbəb olmadan oranın direktor müavini Ramiz Hüseynovun ünvanına nalayiq söyüşlər söyərək çölə çıxmasını tələb edib. R. Hüseynov həyətə düşdükdən sonra R.Məmmədov təkrar olaraq onun ünvanına nalayiq ifadələr işlədib və əlindəki mobil telefonla MMC-nin anbardarı Sabir İsmayılovun baş nahiyəsinə 3 dəfə zərbə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri edib.

Qeyd edək ki, Rasim Məmmədov özünü “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri kimi təqdim edir.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
620 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...