Bakıda xaricdən narkotik gətirən 6 nəfər həbs edildi - VİDEO
Nəsimi rayonunda xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələrdə tanış olduqdan sonra onlar tərəfindən narkokuryerliyə cəlb edilən 6 nəfər saxlanılıb
Gundeminfo.az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər saxlanılıb. Əməliyyat nəticəsində paytaxt sakinləri Rafət Əliyev və Lətif İmanov, həmçinin onların narkokuryerliyə cəlb etdikləri daha 4 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər. Bu şəxslərdən ümumilikdə 1 kiloqrama yaxın heroin, metamfetamin, narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdikləri bank kartları və elektron tərəzilər aşkar edilib. Saxlanılan şəxslər ifadələrində xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələrdə tanış olduqdan sonra onlar tərəfindən narkokuryerliyə cəlb edildiklərini bildiriblər.
Faktlarla bağlı Nəsimi Rayon Polsi İdarəsini İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
787 dəfə oxundu