Azərbaycanlı deputatlar İrəvanda Göy məscidi ziyarət ediblər

Azərbaycanlı deputatlar İrəvanda Göy məscidi ziyarət ediblər
Ermənistanda səfərdə olan Azərbaycan Milli Məclisinin deputatları Tahir Mirkişili və Soltan Məmmədov paytaxt İrəvanda Göy məscidi ziyarət ediblər.

"Report" xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili feysbuk səhifəsində məsciddən fotolar paylaşıb.

O bildirib ki, məscid İrəvanda salamat qalan yeganə Azərbaycan abidəsidir: "Divarlarında başqa dövlətə aid yazılar olsa da, amma divarları, arxitekturası, ruhu sırf bizə aiddir. Biz bu doğmalığı hiss etdik, inanıram ki, məscid də. İnanırıq ki, bu məsciddə əsl sahibləri tezliklə öz dualarını edəcəklər. Azərbaycanlıların duaları isə daim xeyirxah olur və yekunda da qəbul olunur!"

Qeyd edək ki, iki azərbaycanlı deputat - Tahir Mirkişili və Soltan Məmmədov AVRONEST Parlament Assambleyasında iştirak etmək üçün İrəvanda səfərdədir.


Azərbaycanlı deputatlar İrəvanda Göy məscidi ziyarət ediblər
Azərbaycanlı deputatlar İrəvanda Göy məscidi ziyarət ediblər



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
781 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...