Bakıda azyaşlının zorlanması ilə bağlı cinayət işi başlanılıb

Bakıda azyaşlının zorlanması ilə bağlı cinayət işi başlanılıb
Bakının Suraxanı rayon sakini 2010-cu il təvəllüdlü azyaşlının cinsi zorakılığa məruz qalması ilə bağlı anasının müraciəti əsasında Suraxanı rayon prokurorluğunda aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, cinayət işi ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1060 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...