Azərbaycanda müğənninin evi qarət olundu - VİDEO

Azərbaycanda müğənninin evi qarət olundu -
Azərbaycanlı müğənni Tuncay Bərdəlinin evi qarət olunub.

Bu barədə Lent.az-a ifaçı özü məlumat verib.

O bildirib ki, yaşadığı evdən 11 min manat pul oğurlanıb. Müğənni iddia edir ki, oğurluğu mənzilində xadimə işləyən Günel Məmmədova törədib:

“Mənim iki avtomobilim var idi, birini satdım. Satdığım maşının pulunu digər avtomobilimə qoymuşdum. Həmin məbləği evə aparan zaman mətbəxdə olan xadimə əlimdə pulu gördü. Pulu kassaya yerləşdirdim, açarı da şkafın üstünə qoydum. Evin tozunu təmizləyən zaman açarı oradan götürüb. Kamera otağında kameranı elektrikdən ayırıb, kameranın yaddaş kartını götürüb sındırıb, kameranın yaddaşını format edəndən sonra yenidən yerinə qoyub. Əzəl gündən də deyirdi ki, mənə əlcək alın. Mən də aldım. Əlcək aldırmaqda məqsədi o idi ki, əl izi heç yerdə qalmasın”.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1725 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...