Ukraynada Rusiyanın daha bir yüksəkrütbəli zabiti öldürülüb

Ukraynada Rusiyanın daha bir yüksəkrütbəli zabiti öldürülüb
Ukraynada Rusiya ordusunun polkovnik-leytenantı Georgi Petrunin öldürülüb.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə “InformNapalm” beynəlxalq könüllülər birliyi və Rusiyanın təbliğat nəşrlərindən bildirilib.

Qeyd olunub ki, o, Samaranın hərbi komendantı olub, həmçinin Çeçenistan və Suriyada döyüşüb.

Xatırladaq ki, daha əvvəl Rusiya ordusunun daha bir yüksəkrütbəli zabiti, motoatıcı batalyonun komandiri, mayor Ruslan Petruxin zərərsizləşdirilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2292 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...