12 yaşlı qızı zorladığı iddia edilən 60 yaşlı kişi kərbəlayi imiş - VİDEO

12 yaşlı qızı zorladığı iddia edilən 60 yaşlı kişi kərbəlayi imiş -
Sosial şəbəkələrdə Masalı rayonunun Ərəb kəndində 12 yaşlı qızın 60 yaşlı qonşusu tərəfindən zorlandığı iddia olunurdu.

Masallı rayon icra hakimiyyətinin ərazi üzrə icra nümayəndəsi Məhəmməd Yusifov “Unikal”a açıqlamasında bildirib ki, sözügedən iş Masallı rayon polis şöbəsində araşdırılıb:

“Məsələ polis tərəfindən araşdırıldı və fakt təsdiqini tapmayıb. Həmin iş artıq bağlanıb. 12 yaşlı qızı zorladığı iddia edilən 60 yaşlı kişi isə kənddə dindar insan kimi tanınır, özü də kərbəlayidir. Onun belə bir addım atması heç inandırıcı görünmürdü. Sadəcə olaraq onların qonşuluqda problemləri olub. Buna görə də görünür ki, belə bir məsələni ortaya atıblar”.

Masalı rayonunun Ərəb kəndində 12 yaşlı qız 60 yaşlı qonşusu tərəfindən zorlanıb.

"Unikal" xəbər verir ki, bu barədə aparıcı Elgiz Əkbər sosial şəbəkə hesabında məlumat paylaşıb.

Bildirilir ki, 60 yaşlı kişi azyaşlının anasının evdə olmamağından istifadə edərək ona iki dəfə təcavüz edib.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1994 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...