“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb

“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
“Qazprombank”ın keçmiş vitse-prezidenti Vladislav Avayev, həyat yoldaşı və qızı Moskvada qətlə yetirilib.
Yeniavaz.com xəbər verir ki, ilkin olaraq bu barədə ötən gün polisə istinadla “Baza” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, ölənləri qohumları tapıb. Böyüklərin cəsədi bir otaqda, uşaq cəsədi başqa otaqda olub.
Polisin ilkin versiyasına görə, 51 yaşlı Avaev 47 yaşlı arvadı Yelenanı və 13 yaşlı qızı Mariyanı tapança ilə güllələyib, bundan sonra intihar edib – çünki silah onun əlində olub.
İstintaq Komitəsinin Moskva üzrə departamenti şəhərin qərbindəki mənzildə güllə yarası almış kişi, qadın və uşağın meyitlərinin tapıldığını təsdiqləyib. Mərkəzi aparatın rəhbəri Andrey Strijov və onun müavini Sergey Yaroş hadisə yerinə yola düşüb. Faktla bağlı cinayət işi başlanıb.
Müstəntiqlər Baza kanalında təqdim olunan versiyanı təsdiqləyiblər. Universitet prospektində baş verən üçqat qətl faktını prokurorluq da təsdiq edib.
Qeyd edək ki, Vladislav Avayev “Qazprombank”ın birinci vitse-prezidenti, Rusiya Federasiyasının Maliyyə və İqtisadiyyat Orqanlarının Mərkəzi İdman Klubunun Qəyyumlar Şurasının üzvü olub. Daha sonra o, “RT-carbon” şirkətinə rəhbərlik edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1375 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...