Partiya binasına vurulan zərərlə bağlı DİN-dən AÇIQLAMA FOTO

Partiya binasına vurulan zərərlə bağlı DİN-dən AÇIQLAMA
Daxili İşlər Nazirliyi (DİN) Vətəndaş İnkişaf Partiyasının (VİP) Yasamal rayonunda yerləşən qərargahının qarşısındakı pilləkənin yararsız hala salınmasına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevin yaydığı məlumata görə, VİP-in Yasamal rayonunda yerləşən qərargahının qarşısındakı pilləkənin daş məhəccərlərinin yararsız hala salınması ilə bağlı əməldə siyasi motiv yoxdur:

"Polis tərəfindən keçirilən tədbirlərlə müəyyən olunub ki, mayın 1-də gecə saatlarında rayon sakinləri – Elçin Məmmədov və Fərid Əhmədov arasında şəxsi münasibətlər zəminində münaqişə baş verib. Baş verən münaqişədən sonra F.Əhmədov içkili vəziyyətdə partiya qərargahının qarşısındakı məhəccərləri dağıdaraq yararsız hala salıb. Faktla əlaqədar Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində təhqiqat araşdırması aparılır"
Partiya binasına vurulan zərərlə bağlı DİN-dən AÇIQLAMA



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1162 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...