“Mətanət A”nın prezidenti işçisindən qisas alır? - ondan şikayət etdiyinə görə

“Mətanət A”nın prezidenti işçisindən qisas alır? -


Son zamanlarda ölkə mətbuatında “Mətanət-A” şirkətinin prezidenti Elxan Bəşirovun və onun bu şirkətdə vitse-prezident olan qardaşı Fuad Bəşirovun “Gülən camaatı”na aid olması barədə məlumatlar yayılıb.

“Nurçular” adlanan bu camiə eyni zamanda Türkiyədə FETÖ (Fətullahçı Terror Təşkilatı – red.) də adlandırılmaqdadır.
Xatırladaq ki, hələ 2013-2014-cü illərdə belə ölkə mətbuatında bu cür məlumatlar yayımlanmaqda idi. Hətta “Mətanət A”nın adı Lerikdə “vəhhabilər” üçün məscid tikməkdə hallandırılırdı.(Dia.az)

Məsələn, 2014-cü ildə dia.az saytında belə bir məlumat dərc olunmuşdu: “Belə ki, bir müddət bundan öncə redaksiyamıza daxil olan məlumatlarda mənbə “EVRO İNŞAAT” şirkətinin rəhbərliyi tərəfindən son vaxtlar bəzi radikal müxalifət partiyalarına maliyyə dəstəyi göstərmək məqsədilə xüsusilə böyük məbləğlərdə vəsaitlərin ayrıldığını bildirmişdi. Məlum olduğu kimi bu şirkətin rəhbəri Bahadur Bəşirov həm də “Mətanət A” şirkətinin marketing üzrə vitse-prezidentidir. Təəssüflər olsun ki, son vaxtlar, Azərbaycanda fəaliyyət göstərən bəzi iri şirkətlər tərəfindən dövlət mənafeyləri ilə heç də üst-üstə düşməyən müəyyən layihələrin maliyyələşdirilməsinə dair xəbərlərə tez-tez rast gəlmək olur”.

Bu yaxınlarda isə “Ağdağ” Gips Zavodunun açılışı zamanı “Mətanət A”nın prezidentinin ölkə rəhbərliyinə yalnış məlumat verməsinə dair də iddialar yayıldı. Belə ki, yenilik.az saytının yaydığı məlumata görə, şirkət prezidenti Elxan Bəşirov ölkə rəhbərliyinə fəhlələrin ortalama 600 manat maaş aldığını desə də, həqiqət başqa cürdür: “Aldığımız məlumata görə, “Mətanət A” şirkətində orta aylıq əmək haqqı 170-200 manatdır. Ola bilsin, şirkət rəhbəri özünə və qardaşlarına bu qədər maaş yazdırır, amma şirkətdə nəinki 600, heç 400 manat maaş alan işçi yoxdur”. elxan-bəşirovQafqaznews.az oxucuların diqqətinə daha maraqlı bir məlumatı da çatdırmağı lazım bilir.Belə ki, bir müddət əvvəl ölkə mətbuatında Zahid Bəkirov adlı şirkət əməkdaşının Fuad və Elxan Bəşirovlardan şikayəti işıqlandırılmışdı.
“Mətanət A” şirkətinin vitse-prezidenti Fuad Bəşirov tərəfindən aldadıldığını, maaşının verilmədiyini, bu da azmış kimi avtomobilinin də əlindən alındığını bildirdi. Zamin Bəkirov deyir ki, Fuad Bəşirovun bu özbaşınalığı ilə bağlı onun qardaşı, şirkətin prezidenti Elxan Bəşirova, DİN-ə, MTN-ə, Baş Prokurorluğa müraciət etsə də şikayətinə baxan olmayıb.

Şikayətçi bildirdi ki, 2011-ci ilin yanvar ayında şirkətə işə düzəlib və bu ilin əvvəlinə kimi orada çalışıb. Z.Bəkirov 2 il ərzində yaşadıqlarını belə anlatdı: “Şirkətdə işlədiyim müddətdə şirkətin vitse-prezidenti Fuad Bəşirov dəfələrlə söz verdi ki, mənimlə qanuni əmək müqaviləsi bağlanacaq. Ancaq işlədiyim iki ildən çox müddətdə nə əməkhaqqım tam ödənildi, nə də mənimlə əmək müqaviləsi bağlandı. Bu barədə narazılığımı bildirəndən sonra Fuad Bəşirov məni otağına çağırıb haqqımda xoş sözlər deməyə başladı. O bildirdi ki, əgər bu şirkətdə rəsmi və yaxşı bir vəzifədə işləmək, ayda da 2000-3000 manat əməkhaqqı almaq istəyirsənsə, əvvəlcədən mənə 10000 manat gətir, səni bu işə düzəldim. Mən ona bu qədər pulumun olmadığını dedim. Fuad Bəşirov isə cavabında öz şərtlərini dedi.
Onun şərtləri belə idi: “Sənin “Mercedes” maşının var. Onu bacım qızı Maya Yusubovanın adına keçirdərsən. Biz də sənə maşını sürməyə bir illik etibarnamə verərik. 10000 manatın əvəzində maşın bizim olar. Sən də birinci gündən işə çıxacaq və ayda 2000-3000 manat əməkhaqqı alacaqsan. Bununla da bir neçə aya maşının pulunu qazanarsan”. Fuad Bəşirov sonra da dedi ki, burada çoxları belə işləyir, pul əvəzinə evlərini, maşınlarını şirkətin prezidenti Elxan Bəşirovun adına keçirirlər. Fuad Bəşirov çox vədlər verərək məni, nəhayət ki, razılığa gətirdi”.

F.Bəşirovun verdiyi vədlərlə məcburiyyət qarşısında qaldığı üçün razılaşdığını deyən Z.Bəkirov maşınını onların adına keçirəndən sonra aldadıldığını anlayıb: “Ailəliyəm, iki körpə övladım və himayəmdə I qrup əlil olan atam var. Atamı, ailəmi, çətin dolanışığımızı düşünüb Fuad Bəşirovla razılaşdım. Razılığın səhəri günü “Mercedes” markalı avtomaşınımı Maya Yusubovanın adına keçirmək üçün DYP-yə getdik. Şirkətin nümayəndəsi maşının sənədlərini götürüb getdi. Bir neçə saatdan sonra o qayıdıb gəldi və dedi ki, məsələ həll olundu. Mən ona dedim ki, məsələ necə həll olundu, axı mən hələ heç bir sənədi imzalamamışam. Şirkətin nümayəndəsi dedi ki, “elə sənin bura gəlməyin razılıq əlamətidir, sənədi kimin imzalamasının nə əhəmiyyəti var ki…”

Beləliklə, heç bir sənədi imzalamadığım halda maşınım Maya Yusubovanın adına keçirildi. Biz oradan birbaşa şirkətə gəldik. Bir neçə saatdan sonra maşınla şirkətin həyətindən çıxmaq istəyəndə mühafizəçi məni maşından yerə düşürüb dedi ki, Fuad Bəşirovun tapşırığı var, bu maşın artıq şirkətə məxsusdur.
Mühafizəçi məni şirkətin həyətindən çölə çıxardı. Beləliklə, Fuad Bəşirov məni aldadaraq həm maşınımı əlimdən aldı, həm də o gündən işsiz qaldım. Atam dəfələrlə Fuad Bəşirovla görüşmək istədi, ancaq onu şirkətin həyətinə belə buraxmadılar.

Fuad Bəşirova dəfələrlə müraciət edib maşınımı geri istəyəndə o, Abşeron Rayon İcra Hakimiyyətində işə düzəldiyini dedi və ondan şikayət edəcəyim təqdirdə üzərimə borc yazdırıb şahidlərinin köməyi ilə məni həbs etdirəcəyi ilə hədələdi. Hətta məni şirkətə çağırtdırıb müxtəlif sənədləri də imzalatdırdılar”.

Şikayətçi 2013-cü ilin əvvəlində şirkətin prezidenti Elxan Bəşirovla görüşdüyünü və məsələnin həll ediləcəyi haqda ona vəd verildiyini dedi. Lakin bundan sonra da heç bir yenilik olmayıb. Z.Bəkirov daha sonra daxili işlər naziri Ramil Usubova, baş prokuror Zakir Qaralova və MTN-ə rəsmi müraciət etdiyini söylədi. Onun sözlərinə görə, adıçəkilən qurumlar onun şikayətinə baxıb və araşdırılması üçün aidiyyəti üzrə Abşeron Rayon Polis İdarəsinə göndəriblər. Polis idarəsi isə işdə cinayət faktı olmadığına görə şikayətə baxmayıb (virtualaz.org).

Bu günlərdə isə Qafqaznews.az-a Zahid Bəkirovun məsələsi ilə bağlı yeni məlumat daxil olub. Əldə etdiyimiz məlumata görə, “Mətanət A”nın rəhbərliyi Z.Bəkirovun “şirkəti imicdən saldığını və onları şərlədiyinə görə Zahid Bəkirovdan hüquq mühafizə orqanlarına şikayət edib. Bu minvalla, Z.Bəkirovun şikayətinin ona baha başa gələcəyi də istisna olunmur…



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
612 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...