Əhmədovun şirkətində nə baş verir? - Qardaşı oğlu işdən çıxarıldı

Əhmədovun şirkətində nə baş verir? -
Azərbaycanlı iş adamı Fərhad Əhmədova məxsus “Aznar” şirkətinin rəhbəri dəyişib.

“Qafqazinfo” xəbər verir ki, iş adamının qardaşı oğlu Teymur Fərəc oğlu Əhmədov şirkətin baş direktoru vəzifəsindən azad edilib. Onu bu postda Zeynullah Qurbanov əvəzləyib.

Qeyd edək ki, bir müddət əvvəl “Aznar” şirkəti barəsində məhkəmə iddiası qaldırılmışdı. Belə ki, Türkiyə şirkəti olan “Airland İklimlendirme ticraret” LTD-nin iddiasına görə, “Aznar” sözügedən şirkətdən təsərrüfat üçün texnikalar alıb, lakin müqavilə üzrə ödənişlər olunmayıb.

Məlumat üçün bildirək ki, F.Əhmədov "Aznar"ın Müşahidə Şurasının sədridir. O, 1,7 milyard dollar sərvətlə dünyada 49-cu ən varlı insan hesab olunur.

Əhmədovun şirkətində nə baş verir? -
Əhmədovun şirkətində nə baş verir? -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
459 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...