Sumqayıt Səhiyyəsindəki yoxlamalar böyük korrupsiya faktları aşkarladı - Səkinə Sadıqovanın həbsi qaçılmazdır…
Hal-hazırda Sumqayıt Şəhər Səhiyyə Şöbəsində və bu şöbənin tabeliyində fəaliyyət göstərən səhiyyə müəssisələrində baş alıb gedən biabırçılıqların, özbaşınalıqların, həddi-hüdudu bilinməyən anarxiyanın, süründürməçiliklərin varlığı Azərbaycan media qurumlarının, sosial şəbəkə istifadəçilərinin, geniş xalq kütləsinin, aktiv zümrənin və s. əsas müzakirə etdiyi mövzulardan biridir desək, heç də yanılmarıq. Sumqayıt səhiyyəsinin bu qədər “dilə-dişə düşməsi”nin əsas səbəbi, bəlkə də bu şəhərin paytaxt Bakıdan az da olsa aralı məsafədə yerləşməsidir.
Amma, media üzərindən apardığımız araşdırmalardan, ümumi müşahidələrimizdən, bəzi şəhər sakinlərinin söz-söhbətlərindən aydın olur ki, Sumqayıt səhiyyəsinin daha çox “dərdə düşməsinə” səbəb, bu şöbəyə rəhbərlik edən Səkinə xanım Sadıqovanın ruhi xəstə olması, normal tibbi təhsilə malik olmaması, idarəçilik işlərini bacara bilməməsi, kadr təyinatlarında ciddi səhvlərə yol verməsi, qohumbazlıq, dosbazlıq amilini daha çox öndə tutması, şəxsi maraqlarının həlli naminə istənilən qanunsuzluqlara qol qoyması və s. kimi halların varlığıdır. Belə bir səbəblərdəndir ki, bu gün Sumqayıt Şəhər Səhiyyə Şöbəsində çoxsaylı problemlər yaşanır, hər cür özbaşınalığa, haqsızlığa, soyğunçuluğa qol qoyulur. Adicə bir faktı qeyd edək ki, şöbə müdiri Səkinə Sadıqovanın normal tibbi təhsilə malik olmayan bacısı Sədaqət həkim, bu gün Sumqayıt səhiyyəsində əməlli-başlıca “at oynadır”. Söylənilənlərə görə ona bu qədər “volya”nı bacısı Səkinə Sadıqova verib. Şöbə müdirinə isə “volya”nın Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində vəzifə sahibi olan Rəşad müəllim tərəfindən verildiyi bildirilir. Amma, onu da qeyd etmək yerinə düşər ki, əgər Rəşad müəllim Səkinə Sadıqovaya himayədarlıq edirsə, onu da bilmək lazımdır ki, narazı sakinlərə himayədarlığı isə, onların vətəndaşı olduqları dövlət edir. O halda sual oluna bilər ki, bu Rəşad müəllim nə dərəcədə təsir imkanına, hansı gücə malikdir ki, hal-hazırda Sumqayıt səhiyyəsini “tarmar edən” Səkinə Sadıqovanın qol qoyduğu qanunsuzluqlara göz yumulur?. Faktdır ki, bu dövlət səhiyyə müəssisəsində ədalətli yoxlamalar aparılarsa, o halda şöbə müdirinin həbsi yüz faiz qaçılmaz olacaq.
Düşündürücü hal odur ki, Sumqayıt səhiyyəsinə rəhbərlik edən xanım şöbə müdiri orda-burda danışır ki, mənə Allah-Təala tərəfindən vergi verilib. O halda ortaya belə bir sual çıxır ki, əgər ona vergi verilibsə, niyə və hansı səbəbə görə Səkinə Sadıqova təcili-tibbi yardım maşınlarının yanacağını, ehtiyat hissələrini və s. satıb “həzmi-rabedən” keçirir? Belə bir səbəbdən də, canüstə olan xəstələri vaxtında səhiyyə müəssisələrinə çatdırmaq olmur? Bəzi şəxslər arasında dolaşan söz-söhbətlərə görə xanım şöbə müdiri ruhi xəstədir və Səkinə Sadıqovanın şöbə müdiri vəzifəsinə təyinatı, məhz qol qoyulan cinayət əməllərindən biridir.
Bəli, “Sumqayıt Təcili Tibbi Yardım” kimi böyük korrupsiya mərkəzi Səkinə Sadıqova üçün milyonlar deməkdir. Hətta deyilənlərə görə, qaraj müdiri Kamran Əhmədov işə düzəlmək istəyənlərdən 10 min manat alıb Səkinə Sadıqovaya verir. Qaraja ayrılan benzini, yağı, avtomobil hissələrini satdırıb Səkinə Sadıqovaya çatdırır və özü də qazanır. Səkinə Sadıqova o qədər həddini aşıb ki, hətta istədiyi xəstəxananın baş həkiminin icazəsi olmadan istənilən həkimi işdən azad edir, yerdəyişəmə edir. Etiraz edən baş həkimlərə isə deyir ki, bax, şöbənizi ləğv edərəm haa….
Təsəvvür edirsiniz, Sumqayıt səhiyyə şöbəsinin müdiri Səkinə Sadıqovanın dəftərxana kağızları almağa 267 min 54 manat pul verib. 70 min mantlıq mətbəə blankı alıb. Və daha nələr… Məlumdur ki, son 2 ildir səhiyyə sistemindəki tenderləri ancaq İcbari Tibbi Sığorta İdarə edir. Səkinə Sadıqova isə Tibbi Sığortadakı dayağı olan qrup rəhbəri Rəşadın vasitəsilə Sumqayıt səhiyyəsinə dövlət tərəfindən ayrılan külli miqdarda vəsaiti öz yaxınlarına tenderdə hədiyyə edərək, milyonlar qazanıb. Səkinə Sadıqova qısa vaxtda o qədər varlanıb ki, özünü az qala KRALİÇA kimi aparır, özünə 100 minlik ad günü keçirir. Cənab Prezidentimiz harınlamış məmurlardan danışır, məmurlara sadə həyat tərzi nümunəsi göstərir. Səkinə Sadıqova kimi orta ranqlı məmurlar isə özlərini az qala şahənşahın arvadı kimi aparır. Aldığımız məlumata görəHesablama Palatası və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 10 günə yaxındır ki, Sumqayıt Tibb Mərkəzi Publik Hüquqi Şəxsdə yoxlamalar aparıldığına dair məlumatlar daxil olub. Məlumatlara görə, aparılan yoxlamalar zamanı bir sıra korrupsiya faktları və yeyintilər aşkarlanıb.
625 dəfə oxundu