Bakıda pul paylayan şirkət təsisçisinin ölkədən çıxışına “stop” qoyula bilər (FOTO)

Bakıda pul paylayan şirkət təsisçisinin ölkədən çıxışına “stop” qoyula bilər (FOTO)

Bakıda camaata pul paylayan "Azpulmat"ın eyni ünvanında yaradılan şirkətin təsisçisinin də ölkədən çıxışına "stop” qoyula bilər.

Qaynarinfo xəbər verir ki, "İdo Events And Tours” MMC-nin qanuni təmsilçisi Xasmətov Fərman Şair oğlu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə verilib.

Məhkəmə işinə Sumqayıt Kommersiya Məhkəməsində Zülfüqar Sadiqovun sədrliyi ilə baxılacaq.

Qərar qəbul edilərsə, F.Xasmətovun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılacaq.

Qeyd edək ki, eyni ünvanda "Azpulmat" adlı aparatın Tural Vəliyev adlı sahibinin rəhbəri olduğu "Azpul" MMC Bank Olmayan Kredit Təşkilatı da eyni ünvanda qeydiyyatdan keçib. Fərman Xasmətov da şirkətin təsisçilərindən biridir.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
449 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...