İmişli şəhərində 2 aydır içməli su yoxdur - bu rayonda nsanların heç bir dərdini dinləmirlər

İmişli şəhərində 2 aydır içməli su yoxdur -
"Artıq 2-ci aydır İmişli şəhərinin mərkəzindən keçən kanalda su yoxdur. Yaşıllıqlar, əhalinin əkdiyi meyvə-tərəvəz quruyub məhv olur. Su ehtiyatları yarandı yenə də nəticə yoxdur. İmişli şəhərinin mərkəzində, aşagı kəndlərdə su yoxdur amma Yalavac kəndində su var, orda şlüz baglanır su yönləndirilir aşagı Araz çayı tərəfə, orda sünü göllər var" Gundeminfo.az xəbər verir ki, bu barədə rayon sakinləri bildirib.


Onlar problemin yaranmasına səbəb kimi süni göllərin olduğunu iddia edirlər.

"Sünü göllər suları udub yeraltı ötürür səviyyəsi çox aşagı düşmüş Araz çayına və melorasiya kanallarına, ordan da dənizə. Melorasiya kanalları olan ərazilərdə sünü göllər qadagandır, istisna olsa altına su keçirtməyən örtük çəkilməlidir. Böyük melorasiya kanalı ( Şaqay) çəkilən kimi bütün təbii göllər qurudu və indi də yeraltı suları sümürüb aparır, artıq artezianlarda da su tükənir.Ona görə də şaqaya böyük şlüzlər quraşdıırılmalıdır. Yagışlı mövsümlərdə şlüzlər açılmalı, yayda baglanmalıdır ki, yeraltı sular axıb getməsin, onsuz da Araz çayına axır" deyə sakinlər bildirib.

GUNDEMİNFO.AZ-a daxil olan şikayətdə sakinlər eyni zamanda kanalın fotosunu da təqdim ediblər. Onlar bildirib ki, bu kanal çirkab, zibilliklə doludur. Heyvan cəsədləri, zibillərlə dolu kanalın içindən ətrafa dəhşətli üfunət yayılır. Nəticədə kanala su veriləndə insanlar ondan içməli su kimi istifadə edə bilmirlər.

Sakinlər müvafqi olaraq idarələrin kanalın təmizlənməsini həyata keçirməsindən də şikayətçidir.
Mövzu diqqətimizdədir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.


İmişli şəhərində 2 aydır içməli su yoxdur -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
456 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...