TƏHSİLİN İNKİŞAFI FORUMUNDA QALMAQAL – Deputatlar tədbiri yarımçıq tərk etdilər

TƏHSİLİN İNKİŞAFI FORUMUNDA QALMAQAL –
Bu gün Elm və Təhsil Nazirliyinin, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumuda qalmaqal baş verib.

Tədbir iştirakçılarının birindən "AzPolitika.info”-ya daxil olan məlumata görə, millət vəkilləri "Gülüstan” sarayında baş tutan tədbiri yarımçıq tərk edib. Təşkilatçılar onlardan zala qayıtmağı xahiş etsələr də deputatlar imtina edərək Forumdan ayrılıblar.

Mənbə bildirib ki, buna tədbirdə Milli Məclis üzvlərinə qarşı yol verilən açıq hörmətsizlik səbəb olub. Belə ki, dəvət olunan 10-a yaxın millət vəkili zalda rəsmi şəxslər üçün nəzərdə tutulmuş yerdə əyləşdirilməyib. Elm və təhsil naziri Emin Əmrullayev forum iştirakçılarını salamlayarkən rəsmi şəxslərin adlarını çəksə də millət vəkillərinin də tədbirdə iştirak etdiyini xatırlatmağı "unudub”. Onun çıxışından dərhal sonra deputatlar forumdan yarımçıq çıxmağa qərar veriblər.

Maraqlı məlumatan biri də odur ki, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev və müavini Musa Qasımlı Təhsilin İnkişafı Forumunda gözə dəyməyiblər. Mənbə onların tədbirə dəvət olunmadıqlarını istisna etmir.

Xatırladaq ki, millət vəkili, təhsil eksperti Etibar Əliyev mətbuata müsahibələrinin birində Elm və Təhsil nazirinin deputatlara qarşı allergiyasının olduğunu demişdi...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
478 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...