Bakıda “yaşıl soyqırım” – “İnvest.M Construction”la bağlı faktlar prokurorluğa göndərildi (FOTOLAR)

Bakıda “yaşıl soyqırım” –

Nəsimi rayonunda "yaşıl soyqırım”la gündəmə gələn "İnvest.M Construction” MMC yenə də bu fəaliyyətini davam etdirir.

Qaynarinfo xəbər verir ki, şirkət bu dəfə də Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə ağacları qanunsuz kəsib.

Məlumata görə, artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələdən xəbərdardır. Məsələ ilə bağlı müvafiq araşdırlmaların aparıldığı da bildirilir.

Dövlət Ekoloji Ekspertiza Agentliyinin mətbuat katibi Elnur Ağayev Qaynarinfo-ya açıqlamasında məlumatı təsdiq edib. "Sözügedən ərazi ilə bağlı "İnvest.M Construction” MMC-nin yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üzrə layihə sənədləri Dövlət Ekoloji Ekspertiza Agentliyinin mütəxəsisləri tərəfindən qiymətləndirilib və tikinti altına çox sayda yaşıllıq - 173 ədəd ağac və 37 ədəd kol düşdüyündən müraciətə ekoloji rəy verilməyib”, - deyə o bildirib.

Mətbuat katibi qeyd edib ki, cari ilin əvvəlində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən adıçəkilən ərazidəki ağacların budanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Cavab məktubunda bildirilib ki, yaşıllıqlara aqrotexniki qulluq, həmçinin budama xidməti göstərilməsi ilə bağlı Nazirlik tərəfindən rəy verilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Bununla belə torpaq mülkiyyətçiləri tərəfindən aparılmalı olan budama işləri yalnız yaşıllıqların mühafizəsi və inkişafına xidmət etməlidir.

"Ötən müddət ərzində "İnvest.M Construction” MMC tərəfindən dəfələrlə tikinti işlərinin aparılmasına cəhd edilıb, bu zaman yaşıllıqların qanunsuz götürülməsi faktları aşkarlanıb. Təbiətə dəymiş ziyan məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün hər bir hal üzrə toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”, - deyə Elnur Ağayev əlavə edib.

Həmin ərazidən 2021 və 2022-ci ildə çəkilən fotoları təqdim edirik. Fotolardan da aydın görünür ki, ərazidə yaşıllıq sözün əsl mənasında məhv edilib.

Ərazinin indiki halı
Bakıda “yaşıl soyqırım” –
Ərazinin 2021-ci ildəki fotosu
Bakıda “yaşıl soyqırım” –

Xatırladaq ki, cari ilin may ayında "İnvest.M Construction” MMC-nin Mirəsəddulla Mirqasımov küçəsi 4 ünvanında ağacları kəsdiyi barədə məlumat yayılmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
562 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...