Qətl sifarişində şübhəli olan rektor Atakişiyev kimdir? - DOSYE

Qətl sifarişində şübhəli olan rektor Atakişiyev kimdir? -
Xəbər verdiyimiz kimi, bu gün keçmiş Təfəkkür Universitetinin prorektoru Taryel Əhmədovun 12 il əvvəl öldürülməsinə görə, daha 2 nəfər məsuliyyətə cəlb edilib.

Hurriyyet.az xəbər verir ki, onlardan biri adı çəkilən ali təhsil müəssisəsinin rektoru olmuş Müşfiq Atakişiyevdir.

Onun dosyesini təqdim edirik:

Atakişiyev Müşfiq Cəmil oğlu 1966-cı ildə İmişlidə doğulub.

O, orta təhsilini orada bitirdikdən sonra, Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olub.

1990-cı ildə həmin institutun "İqtisadçı mühəndis" fakültəsini fərqlənmə diplomu ilə bitirib. O, ali təhsilini başa vurduqdan sonra, təyinatla həmin fakültədə təcrübəçi kimi saxlanılıb.

Elmi fəaliyyətini davam etdirərək 1996-cı ildə "Neft qaz quyularının istehsal gücündən istifadənin səmərəliliyinin artırılmasının ehtiyat mənbələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb.

1996-cı ildən "Neft və Qaz Sənayesinin İqtisadiyyatı" kafedrasında dosent vəzifəsində fəaliyyət göstərib.

1999-cu ildə doktorluq dissertasiyasını müdafiə edib.

2000-ci ildən Beynəlxalq İnformatizasiya Akademiyasının həqiqi üzvüdür.

2005-ci ildən Azərbaycan Ali Attestasiya komissiyasının qərarı ilə professor adına layiq görülüb.
2008-2010 illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının iqtisadiyyat üzrə ekspert komissiyasının sədri olub.

2000-2014 illərdə Azərbaycan Dövlət Neft Akademiyasının "Maşınqayırma sənayesinin iqtisadiyyatı və menecment" kafedrasının müdiri vəzifəsində işləyib. "Təfəkkür" universitetinin rektoru vəzifəsində çalışıb.

2018-ci ildən AMEA İqtisadiyyat İnstitutu baş elmi işçisi vəzifəsində işləmiş, hazırda isə AMEA İqtisadiyyat İnstitutunun icraçı direktoru, AMEA İqtisadiyyat İnstitutu Müdafiə Şurasının üzvü və AMEA İqtisadiyyat İnstitutunun "İqtisadi Artım və İctimai Rifah" jurnalının baş redaktor müavinidir.

AMEA İqtisadiyyat İnstitutunda fəaliyyət göstərən dissertasiya şurasının sədr müavinidir.

Qətl sifarişində şübhəli olan rektor Atakişiyev kimdir? -


2022-ci ildən AMEA İqtisadiyyat İnstitutunun icraçı direktoru vəzifəsində (AMEA-nın saytında hələ də bu vəzifədə təqdim olunur) çalışır.

420137

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2023-cü il tarixli əmri ilə Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutu nəzdində İqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri təyin olunub.

Azərbaycan, rus, ingilis dillərini mükəmməl bilən alim 90-a yaxın elmi metodik əsərlərin, 15 monoqrafiyanın müəllifidir.

M.Atakişiyev təhsil sahəsindəki fəaliyyətinə görə (keçmiş) Təhsil Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının fəxri fərmanları ilə təltif olunub.
2010-cu ildə Elm, maarifçilik, mədəniyyət və informasiya sahəsində xidmətlərinə görə "Bilik" Maarifçilik,Mədəniyyət və İnformasiya Mərkəzi tərəfindən Akademik Yusif Məmmədəliyev adına medalla təltif olunub.

Ailəlidir, 2 övladı var.

Qeyd edək ki, M.Atakişiyev zərərçəkmiş şəxs Tariyel Əhmədovu işgüzar nüfuzuna və rektor vəzifəsində qalmasına maneə kimi qəbul etməsi, bu səbəbdən qisas məqsədilə pul müqabilində onun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə həmkəndlisi Samir Quliyevlə birgə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Qətl sifarişində şübhəli olan rektor Atakişiyev kimdir? -

O(sifarişçi) və Samir Quliyev (icraçı) iş üzrə Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilİB, məhkəmənin qərarı ilə M.Atakişiyev barəsində vəzifədən kənarlaşdırmaqla həbs, Samir Quliyev barəsində isə həbs qətimkan tədbiri seçilib.

olke.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
585 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...