İcra başçısının xanım müavini ailə üzvülərindən birinin adına obyekt tikdirib?

İcra başçısının xanım müavini ailə üzvülərindən birinin adına obyekt tikdirib?
Qaradağ rayon icra Hakimiyyəti başçısının müavini Təranə İsmayılovanın ailə üzvülərinin birinin adına Lökbatan-Şübanı yolunda obyekt inşa etdirdiyi iddia edilir

Azərbaycanda vəzifəli şəxslərin böyük bizneslərə, obyektlərə sahib olmaları barədə çox yazılıb. Dövlətdən maliyyələşən təşkilatlara rəhbərlik edən əksəriyyət məmurların sahib olduqları var-dövlətlə aldıqları məvaciblər isə böyük ziddiyyət təşkil edir.

AzFakt.com-a daxil olan məlumatda iddia olunur ki, belə məmurlardan biri də Qaradağ rayonu İcra hakimiyyəti başçısının müavini Təranə İsmayılovadı.

Belə ki, Qaradağ rayonu, Lökbatan-Şübanı yolunda Təranə İsmayılovanın ailə üzvülərindən birinin adına çoxsaylı obyektlər olduğu iddia edilir.
Qeyd edək ki, Təranə İsmayılova 2014-cü ildən Qaradağ İcra hakimiyyəti başçısının müavini vəzifəsində işləyir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
967 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...