Vasif Talıbovun şirkətləri bağlandı... 51 min nəfər İŞSİZ QALDI - Fuad müəllim gələndən sonra...
Naxçıvandakı siyasi dəyişiklikdən sonra, son bir ildə 51 min nəfər öz iş yerini itirib. Dövlət Statistika Komitəsinin rəsmi rəqəmlərindən bu nəticəyə gəlmək olar. Bağlanan iş yerlərinin demək olar ki, hamısı vaxtilə keçmiş hakim ailə Talıbovlara məxsus olmuş özəl sektorun payına düşür. 2023-cü ilin əvvəlində Naxçıvanda baş verən siyasi dəyişiklikdən sonra Talıbovlara məxsus bütün müəssisələr ailənin əlindən alındı və tədricən fəaliyyətini dayandırdı. Yeni iş yerləri haqda isə, düşünən olmadı.
Hakimiyyətdaxili intriqalardan ən çox əziyyət çəkən isə, yerli əhalidir. İş yerini itirmiş 51 min nəfərin az qala yarısı vətəndən didərgin düşüb, Bakıda, Türkiyədə, yaxud da başqa xarici ölkələrdə iş axtarmağa məcbur olub.
Şərur rayon sakini Rafiq İbrahimov deyir ki, son bir ildə təkcə onun tanıdığı 10-larla şəxs iş axtarmaq üçün Naxçıvanı tərk edib. Köçənlər arasında onun qardaşı da var:
“Qardaşım “Nəqşicahan Holdinq”də fəhlə işləyirdi. Siyasi dəyişiklikdən 2 ay sonra iş yoxdur deyib, ixtisara saldılar. Haraya üz tutdusa, işlə təmin olunmadı, şikayətinə baxan olmadı. 7 ay işsiz qaldı və əlacsızlıqdan, ailəsinə çörəkpulu qazanmaq üçün bir ay əvvəl Türkiyəyə işləmək üçün getdi. Üç övladı var, əkin-biçin üçün də o qədər ərazisi yoxdur. İşdən çıxandan sonra qohum-qardaş kömək edirdi. Onların da öz problemləri var, bir yerə qədər köməklik edə bilirlər. Dövlət vətəndaşına sahib çıxmalıdır. Bu cür olmaz. İndi adam ac qalmasınlar deyə, ailəsindən aylarla, bəlkə də illərlə ayrı qalmalı olacaq. Talıbovun dövründə onsuz da Naxçıvanın yarısı boşalmışdı. Yerdə qalanları da yeni səlahiyyətli nümayəndə Fuad Nəcəfli didərgin salır”.
Vaxtilə “Gəmiqaya Holdinq”də fəhlə işləmiş Babək rayon sakini Nəcəf Qasımlı da işsizlikdən Naxçıvanı tərk etməyə məcbur olduğunu deyir. Onun sözlərinə görə, son aylarda 500 nəfərə yaxın nehrəmli Türkiyəyə iş axtarmağa gedib:
“2023-cü ilin əvvəlində 100-lərlə mənim kimi fəhləni işdən çıxardılar. Müraciət etmədiyimiz yer qalmadı, dərdimizə çarə tapılmadı. Məşğulluğa da müraciət etdim, xeyri olmadı. İki övladım var. Bir ata olaraq onların maddi ehtiyaclarını ödəməliyəm. Bu səbəbdən getmək məcburiyyətindəyəm. Son iki ayda təkcə Nehrəm kəndindən 500-ə yaxın şəxs işsizlik səbəbindən Türkiyəyə və Bakıya getməyə məcbur olub. Naxçıvandan çoxlu sayda vəzifədə işləyənlər var. Kifayət qədər varlı iş adamları var. Həm hakimiyyət, həm də onlar düşünməli, Naxçıvanda yeni iş yerləri açmalıdırlar. Təəssüflər olsun ki, bunu fikirləşən yoxdur. Bizim üçün ailədən-uşaqdan ayrı qalmaq çətindir. Biz var-dövlət yığmaq üçün getmirik. Ailəmizə çörək qazanmaq üçün gedirik”.
Hesablamalara görə 500 min olan Naxçıvan əhalisinin təxminən yarısı 30 ilə yaxın davam etmiş Talıbov diktaturasından qaçaraq, vətənini tərk etmişdi. Siyasi dəyişiklikdən sonra belə bir ümid yaranmışdı ki, iqtisadi rəqabət mühiti yaxşılaşacaq, siyasi yumşalma olacaq və əhali geri dönəcək. Lakin, gözləntilərin əksi baş verdi. Yeni rəhbərliyin gətirdiyi daha ağır siyasi və iqtisadi vəziyyət yerdə qalan əhalini də vətənini tərk etməyə məcbur edir.
Gündəlik Naxçıvan
483 dəfə oxundu