Asif Əsgərovun “xurcun doldurma əməliyyatı“: Anar Quliyev Nəsimi rayonundakı qanunsuz tikintilərə “dur“ deyə bilmir?

Asif Əsgərovun “xurcun doldurma əməliyyatı“: Anar Quliyev Nəsimi rayonundakı qanunsuz tikintilərə “dur“ deyə bilmir?
Nəsimi rayonunda qanunsuz tikinti işləri davam edir.

Rayon ərazisində bir sıra yaşayış binalarının sakinlərin istirahəti üçün nəzərdə tutulan ərazisi işbazlara satılır.

Bu barədə AzFakt.com saytına Nəsimi rayonunun Hüseynbala Əliyev küçəsinin sakinləri məlumat verib.

Sakinlər bildirirlər ki, dəfələrlə qanunsuz tikinti barədə Nəsimi rayon İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məlumat versələr də, qanunsuz tikintilərin qarşısı alınmır.

" Ölkədə noyabr ayında keçiriləcək COB-29 tədbirini bəhanə edərək abadlaşma adı altında Nəsimi rayonunda qanunsuz tikintilər aparılır. Dəfələrlə rayon İcra hakimiyyətinə müraciət etmişik, binamızın həyətinin sahibkarların obyektlərinin genişləndirilməsi üçün zəbt edildiyi bildirmişik. Amma heç kim bir tədbir görməyib. İcra başçısı Asif Əsgərovun başı deputat seçkisinə qarışıb. Müavinlər Ramiz Quliyevlə Zahid Xəlilov isə bizim şikayətimizə heç bir cavab vermirlər. Dəfələrlə hər iki müavini küçəmizə dəvət etmişik, gəlməyiblər".

Sakinlər deyirlər ki, binalarının həyətlərinin bərbad gündə olması Nəsimi rayon İcra Hakimiyyətinin marağındadır.

"Leyla xanım Əliyeva Bakı şəhərinin bir sıra məhəllələrində abadlıq işləri apardı. Nəsimi rayonunda da belə abad məhəllələr oldu. Amma bizim məhəllə xaraba günə qalıb. Hər yeri ticarətxana ediblər. Dükanları söküb gecə ilə genişləndirirlər. Əksər tikintilər gecə aparılır. Bu işbazlara dur deyən yoxdur. Pul verib biz sakinlərin, körpə balalarımızın xırda həyətini işbazlara satırlar"-deyə sakinlər qeyd edir.

Sakinlər bildirir ki, Nəsimi rayonunun Hüseynbala Əliyev küçəsində davam edən qanunsuz tikintidən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə də məlumat veriblər. Lakin Dövlət Komitəsindən əraziyə gələn olmayıb.

Şikayətçi vətəndaşlar Nəsimi rayonunda aparılan qanunsuz tikintilərin arxasında rayonun icra hakimiyyətinin başçısı Asif Əsgərovun birbaşa dayandığını vurğulayırlar.

Sakinlər qeyd edir ki, Asif Əsgərova Dövlət şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyi də söz deyə bilmir.

Buna sübut kimi, son bir neçə ayda Nəsimi rayonunun müəyyən ərazilərində aparılan qanunsuz tikintilərə Dövlət şəhərsalma və Arxitektura Komitəsinin "göz yummasıdır".

Qeyd: Ərazidən hazırladığımız videoreportajı yaxın günlərdə təqdim edəcəyik.
Asif Əsgərovun “xurcun doldurma əməliyyatı“: Anar Quliyev Nəsimi rayonundakı qanunsuz tikintilərə “dur“ deyə bilmir?



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
519 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...