Kalmıkiyanın 9 rayonunda fövqəladə vəziyyət rejimi tətbiq edilib

Kalmıkiyanın 9 rayonunda fövqəladə vəziyyət rejimi tətbiq edilib


Kalmıkiyanın doqquz rayonunda torpaq quraqlığı səbəbindən fövqəladə vəziyyət (FV) rejimi tətbiq edilib.

“Report” xəbər verir ki, bu barədə regionun başçısı Batu Xasikov teleqramda bildirib.

Qubernatorun sözlərinə görə, o, fermerlərdən qışa hazırlıq və yem tədarükündə torpaq quraqlığı səbəbindən yaranan çətinliklər barədə müraciətlər alır. Bununla əlaqədar olaraq respublikada regional səviyyədə fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi barədə qərar qəbul edilib.

“Hesab edirəm ki, regional FV-nin tətbiqi zəruridir. Biz fermerlərimizin fəaliyyətinin risklərini minimuma endiririk”, – Xasikov qeyd edib.

O həmçinin qeyd edib ki, respublika məhsulların yüksək əlavə dəyərinə yönəlmiş kənd təsərrüfatının intensiv formalarının sürətli və ardıcıl inkişafını davam etdirməlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
78 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...