Putinin fəaliyyətini 81 % rusiyalı bəyənir

Putinin fəaliyyətini 81 % rusiyalı bəyənir


Vladimir Putinin Rusiya prezidenti vəzifəsində fəaliyyətini bu ölkə vətəndaşlarının 81 %-i bəyənir. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə "Levada-mərkəz" tərəfindən keçirilən içtimai fikir sorğusunun nəticələri göstərir.

Keçən il V.Putinin fəaliyyətini 89 % əhali bəyənirdi. Bu il isə 18 % Rusiya vətəndaşı onun işindən razı deyil.

Rusiyanın Baş naziri Dmitri Medvedevin baş nazir vəzifəsində fəaliyyətindən isə 51 % rusiyalı məmnun qalıb. Ümümiyyətlə, Rusiya hökümətinin fəaliyyətindən 48 % Rusiya vətəndaşı razıdır.

Sorğuya əsasən, siyasətçilər sırasında Rusiya vətəndaşları ən çox V.Putinə (51 %), müdafiə naziri Sergey Şoyquya (24%), xarici işlər naziri Sergey Lavrova (17%), baş nazir D.Medvedevə (13%) və Vladimir Jirinovskiyə (3%) inanırlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
915 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...