Elşən Mustafaoğlunun məhkəməsi başladı

Elşən Mustafaoğlunun məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri Elşən Mustafaoğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Səbuhi Hüseynov sədrlik edib. Prosesdə qərara alınıb ki, məhkəmənin növbəti iclası iyulun 19-da keçirilsin.

Qeyd edək ki, E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir. Xatırladaq ki, E.Mustafaoğlu 2006-2007-ci illərdə İctimai TV-də kanalın ən populyar verilişlərindən olan "Cümə Söhbəti" verilişinin müəllifi və aparıcısı olub. 2007-ci ildə ANS TV-də "Allah Haqqı" verilişinin aparıcısı olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
871 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...